logo

Vyanada "OPEC+" nazirlərinin görüşü nəticəsiz başa çatıb

20:54 06-03-2020 | icon 2653
Vyanada "OPEC+" nazirlərinin görüşü nəticəsiz başa çatıb

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşü başa çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, görüşdə yeni tip koronavirusun yayılması nəticəsində dünya neft bazarlarında yaranan vəziyyət və neft hasilatında ixtisarlar barədə müzakirələr aparılıb. Mətbuata verilən açıqlamalara görə, görüşdə nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilməyiblər.

Görüşdən sonra yayılan bəyanatda neftin qiymətini sabitləşdirmək üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Qeyd edilməlidir ki, görüşdən öncə OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Təklifə əsasən, həmin həcmin bir milyon barreli OPEC ölkələri, yarım milyon barreli isə qeyri-OPEC ölkələri tərəfindən ixtisar edilməli idi.