logo

Fərid Mustafayev dünya kuboku yarışlarının finalına yüksəlib

11:29 15-02-2020 | icon 2947
Fərid Mustafayev dünya kuboku yarışlarının finalına yüksəlib

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir.

 YeniAvropa xəbər verir ki,  tamblinq yarışlarında çıxış edən təmsilçimiz Fərid Mustafayev təsnifat mərhələsində uğurla mübarizə apararaq hakimlərdən 60,9 xal alıb və finala yüksəlib.

Azərbaycan gimnastı ilə yanaşı, Avstraliya, Rusiya, ABŞ və Qazaxıstan təmsilçiləri də həlledici mərhələyə adlayıblar.

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır.