logo

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

23:21 14-02-2020 | icon 2142
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

YeniAvropa xəbər verir ki, belə bir bəyanatla  Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyatro bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasında çıxış edib.

“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, - deyə Siyyarto əlavə edib.

Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib.