logo

Prezident İlham Əliyev Avropa İttifaqının komissarı ilə görüşüb

22:53 14-02-2020 | icon 2163
Prezident İlham Əliyev Avropa İttifaqının komissarı ilə görüşüb

Prezident İlham Əliyevin fevralın 14-də Münxendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşü olub.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.