logo

İlham Əliyev Münxendə Əfqanıstan prezidenti ilə görüşüb

21:51 14-02-2020 | icon 2289
İlham Əliyev Münxendə Əfqanıstan prezidenti ilə görüşüb

Prezident İlham Əliyev fevralın 14-də Münxendə Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirildi. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edildi, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulandı.

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı.