logo

Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçiriləcək

19:37 14-02-2020 | icon 2212
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçiriləcək

Fevralın 27-28-də Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 52-ci iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildirilib. Qeyd edilib ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.

Fevralın 28-də isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq.

Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçib.