logo

Badamdarda sürüşmə aktivləşib

16:21 14-02-2020 | icon 2135
Badamdarda sürüşmə aktivləşib

Badamdar sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov məlumat verib.

Nazirliyin rəsmisi deyib: “Badamdar sürüşmə sahəsində son aktivlik yanvarda qeydə alınıb və torpaq kütləsi dağılıb. Hazırda ərazidə yeni sürüşmə baş verməyib. Sadəcə həmin kütlə üzərində müəyyən dəyişikliklər olub. Aktivləşmənin səbəblərini, sürüşmə kütləsinin ölçüsü və həcmini araşdırmaq üçün nazirliyin monitorinq qrupu ərazidə tədqiqat işləri aparır”.