logo

Bu gün Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

10:32 14-02-2020 | icon 2618
Bu gün Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Fevralın 14-də Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının yeddinci iclası keçiriləcək.

 YeniAvropa xəbər verir ki, iclasda iştirak etmək üçün komissiyanın həmsədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edib.  

Macarıstan tərəfindən iclasa bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyyartonun  rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq. 

İclasdan əvvəl energetika üzrə ikitərəfli işçi qrupunun görüşü nəzərdə tutulub. Görüşdə Macarıstanı MOL dövlət konserni və “MVM Group” birliyi, Azərbaycanı SOCAR və Azərbaycan Energetika Nazirliyi təmsil edəcək.

Sonra komissiyanın iclası öz işinə başlayacaq. 

Bunun ardınca planlaşdırılan plenar iclasda gündəlikdə duran məsələlər müzakirə ediləcək və komissiyanın fəaliyyətinin gələcək istiqamətləri müəyyən olunacaq.

İclas çərçivəsində, həmçinin, Macarıstanın əmək resursları naziri Mikloş Kaşlerlə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin görüşü də nəzərdə tutulub.