logo

Prezident səfirlə Moldova-Azərbaycan əlaqələrini müzakirə etdi

21:37 13-02-2020 | icon 2016
Prezident səfirlə Moldova-Azərbaycan əlaqələrini müzakirə etdi

Moldova Respublikasının prezidenti İqor Dodon Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib.

YeniAvropa xəbər verir ki, görüşdə Moldova-Azərbaycan münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib.

Moldova dövlətinin başçısı bir çox sosial layihələrin reallaşmasına göstərdiyi əhəmiyyətli yardıma görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. O xatırladıb ki, bu il Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Təhsil Mərkəzi açılacaq. Mərkəzin tikintisi barədə razılıq Moldova prezidentinin 2017-ci ildə Bakıya rəsmi səfəri zamanı prezident İlham Əliyevlə şəxsi razılaşma əsasında əldə olunub.

Bundan əlavə, görüşdə 2012-ci ildən bir yerə toplaşmayan ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının keçirilməsinin əhəmiyyəti göstərilib. Bildirilib ki, yeni iclas Azərbaycanın işgüzar mühiti ilə qarşılıqlı fəaliyyətə güclü təkan verəcək.