logo

Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələri ləğv olundu

17:31 13-02-2020 | icon 224
Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai birinci Seçki dairəsindən namizəd Fuad Abbasovun şikayətinə baxılıb.

YeniAvropa xəbər verir ki, MSK-ya müraciət edən namizəd Fuad Abbasov həmin dairədə bir neçə məntəqədə pozuntuların baş verdiyini iddia edərək, seçki nəticələrinin ləğvini tələb edib. MSK-nın ekspert qrupu Fuad Abbasovun müraciətinin təmin olunmasını qərara alıb. 

Qeyd edək ki, MSK bu dairədən YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovu qalib elan etmişdi.