logo

Hadı Rəcəblinin seçildiyi dairənin də nəticələri ləğv edildi

17:15 13-02-2020 | icon 2205
Hadı Rəcəblinin seçildiyi dairənin də nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 74 saylı Lənkəran kənd seçki dairəsilə bağlı şikayətlərə baxılıb.

YeniAvropa xəbər verir ki, iclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülərə baxılıb, sosial şəbəkələrdə yayılan məlumatlar yoxlanılıb.  

İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilsin.  

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.