logo

MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi

16:43 13-02-2020 | icon 2170
MSK Çingiz Qənizadənin qalib olduğu dairənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsinin nəticələri ləğv edilib.

YeniAvropa xəbər verir ki, iclasda səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğu qeyd edilib. Bildirilib ki, məntəqələrdə topa bülletenlər atılıb, seçicilərə bir neçə bülleten verilib, səsvermə nəticələrinə dair protokol məlumat lövhəsində asılmayıb.

MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29-da seçkilərin nəticələri etibarsız hesab edilsin.