logo

REAL partiyası meriyaya Lökbatana alternativ yerlər göstərdi  

16:14 13-02-2020 | icon 2401
REAL partiyası meriyaya Lökbatana alternativ yerlər göstərdi  

REAL Partiyasının sədri İlqar Məmmədov mitinq üçün Lökbatan təklifindən imtina edildiyini bildirib.

 YeniAvropa xəbər verir ki, bu barədə  partiya sədri özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

İlqar Məmmədov meriyaya alternativ ünvanlar da təklif edib. 

“Sərbəst toplaşmaq haqqında” qanunda nəzərdə tutual razılaşdırma qaydasına uyğun olaraq, dinc etiraz mitinqimiz üçün Bakı şəhər icra hakimiyyətinə aşağıdakı ünvanları təklif etdik:

1.20 Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu (Moskva univermağının yaxınlığında)

2. Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan

3. Nəriman Nərimanov küçəsi 55 ünvanında yerləşən “Cıdır” restoranının qarşısındakı meydan

4. Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında)

5. Qış parkı (Akademik Dram Teatrının qarşısında)

6. Mərkəzi park (Akademik Dram Teatrından yuxarı)

Xatırladaq ki,  fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən "Müsavat" və "REAL" partiyaları, "D 18" hərəkatı və bir qrup müstəqil namizədlərin meriyaya müraciət edərək  fevralın 16-sı saat 15:00-17:00-da Bakı şəhərində , metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirəcəklərini bildiriblər.  Bakı şəhər İcra Hakimiyyəti isə mitinqlə bağlı müraciətinə baxıb. Cavabında isə onlara  mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub.