logo

Rauf Arifoğlu parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

15:31 13-02-2020 | icon 2037
Rauf Arifoğlu parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı çağırış edib.

 YeniAvropa xəbər verir ki, bu barədə  MSK-nın qalib elan etdiyi Rauf Arifoğlu  bu gün özünün “Facebook” səhifəsində yazıb və  MSK-nı dairədəki səsvermənin nəticələrini ləğv etməyə və yenidən seçki keçirməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl MSK səslərin ilkin nəticələrinə istinad edərək Rauf Arifoğlunu bu dairədə qalib elan edib. Onun əsas rəqibi, “Ümid” Partiyasının sədri İqbal Ağazadə nəticələrlə razılaşmayıb, ümumi saxtalaşdırmanın aparıldığını bildirib.

İqbal Ağazadə ən azı 22 seçki məntəqəsində qalib gəldiyinə dair sübutlarının olduğunu söyləyərək ölkə prezidentinə, baş prokurora və MSK-ya müraciət edib.