logo

İndoneziyada vulkan 2 km hündürlüyə kül püskürüb

15:14 13-02-2020 | icon 2478
İndoneziyada vulkan 2 km hündürlüyə kül püskürüb

Fevralın 13-də səhər saatlarında İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı 2000 metr yüksəkliyə kül püskürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə İndoneziyanın Geoloji Fəlakətlərin Tədqiqi Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Yava adasında Cokyakarta şəhərindən 30 kilometr, İndoneziyanın paytaxtı Cakartadan isə 520 kilometr məsafədə yerləşən Merapi vulkanı yerli vaxtla səhər saat 5:16 dəqiqədə püskürüb və bu, 105 saniyə davam edib.

İndoneziyanın Vulkonologiya Agentliyi isə kraterə 3 kilometr radiusda yaxınlaşmanı qadağan edərək, yerli sakinləri ehtiyat tədbirləri görməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, Merapi İndoneziyanın Yava adasında yerləşən ən fəal vulkanlarından biridir. Burada böyük püskürmə yeddi ildən bir, kiçik püskürmələr isə ildə iki dəfə baş verir.