logo

Hikmət Hacıyev ATƏT rəsmisini  Azərbaycana qarşı qərəzli adlandırdı

14:52 13-02-2020 | icon 2233
Hikmət Hacıyev ATƏT rəsmisini  Azərbaycana qarşı qərəzli adlandırdı

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin davamlı şəkildə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən bir şəxsdir. 

YeniAvropa xəbər verir ki, bu fikri prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycanda guya jurnalistlərə qarşı zorakılığın baş verməsi ilə bağlı bəyanatına münasibət bildirərkən  səsləndirib.

Hikmət Hacıyevin sözlərinə görə, Harlem Dezirin Azərbaycanda baş verən hadisələri qəsdən şişirdir və siyasiləşdirir.Prezidentin köməkçisi vurğulayıb ki, H.Dezirin məsələləri öyrənmədən, tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir.

“Lakin “insan haqları uğrunda cəfakeş” H.Dezir nədənsə Ermənistanda insan hüquqlarının pozulması, təqib və həbslərə göz yumur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. Ermənistanda jurnalistlər həbs və təqib olunur. Keçən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lap bu yaxınlarda “VETO” hərəkatından olan müxalif bloqqer Narek Malyan qanunsuz silah saxlanması ittihamı ilə saxlanılıb. Satik Seyranyan, Armen Tavadyan və digər şəxslərlə bağlı vəziyyəti qeyd etmək olar. Lakin biz H.Dezirin bu məsələlərə dair heç bir reaksiyasının şahidi olmuruq. Görünür, H.Dezir insan hüquqlarına münasibətini siyasi coğrafiyaya görə müəyyən edir. Prosedurlara uyğun olaraq bu ilin iyun ayında ATƏT-də onun mandatının uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. H.Dezirin vəzifəsindən sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirməsi nəzərə alınaraq, bu gedişlə onun mandatının uzadılması ilə bağlı Azərbaycan tərəfinin fərqli fikri olacaq”, - deyə Hikmət Hacıyev qeyd edib.