logo

Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

14:13 13-02-2020 | icon 2702
Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qida Təhlükəsizliyi Klinikasının yaradılması nəzərdə tutulub. Klinikanın nəzdində Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi və Toksikoloji Araşdırmalar Mərkəzi fəaliyyət göstərəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli YAP qərargahında  keçirilən mətbuat konfransında məlumat verib.

“Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi respublikamızın biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində meydana çıxan biolojik təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, biolojik agent qaynaqlı böhran vəziyyətində müvafiq əlaqələndirmənin həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdid ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, biolojik agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi və ona qarşı tədbirlər görülməsi məqsədilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiqi sahəsində fəaliyyət göstərəcək. Mərkəz, həmçinin quş qripi, yüksək patogenliyə malik koronavirus növlərinin, qara yara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması və belə hallara çevik reaksiya verilməsi məqsədilə 3-cü səviyyəli biotəhlükəsizlik laboratoriyaların formalaşdırılması, xəstəliklərdən qorunma məqsədilə ölkə əhalisinin mütəmadi maarifləndirilməsi məsələləri ilə də məşğul olacaq”,-deyə Qoşqar Təhməzli bildirib.