logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

13:49 13-02-2020 | icon 2093
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 26 cinayətin üstü  “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.