logo

Sabah Bakıda arabir yağış yağacaq, 7° isti olacaq

13:15 13-02-2020 | icon 2114
Sabah Bakıda arabir yağış yağacaq, 7° isti olacaq

Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3°, gündüz 5-8° isti, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 14-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.