logo

Xaçmazda avtomobildən 2 kq-dan artıq heroin götürüldü

12:58 13-02-2020 | icon 2051
Xaçmazda avtomobildən 2 kq-dan artıq heroin götürüldü

İmişli rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.