logo

Arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

18:10 12-02-2020 | icon 1841
Arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev  fevralın 12-də “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, sərəncam arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə imzalanıb.

Dövlət Proqramında ümumi müddəalar, proqramın məqsədi, əsas istiqamətləri, maliyyə təminatı, gözlənilən nəticələr kimi müddəalar, həmçinin onun həyata keçirilməsi üzrə tədbirlər planı öz əksini tapıb.