logo

Keçmiş deputat Gülər Əhmədovanın oğlu tapança ilə saxlanıldı

15:59 12-02-2020 | icon 2324
Keçmiş deputat Gülər Əhmədovanın oğlu tapança ilə saxlanıldı

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub. 

 YeniAvropa xəbər verir ki,hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb. 

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sayta faktı təsdiqləyiblər