logo

İstanbulda parçalanan təyyarənin “qara qutu”su Almaniyaya ararıldı

17:12 12-02-2020 | icon 2492
İstanbulda parçalanan təyyarənin “qara qutu”su Almaniyaya ararıldı

İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin “qara qutu”su Almaniyada araşdırılacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Almaniyanın Qəza Təhqiqatı İdarəsi tərəfindən aparılacaq təhlilin bir həftə ərzində başa çatdırılması, ilkin hesabatın isə bir ay ərzində hazırlanması gözlənilir. Araşdırmaların fevralın 13-də başlaması planlaşdırılır.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.