logo

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17:44 12-02-2020 | icon 3801
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Paytaxtın Nizami rayonunun ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Nizami rayonunun ərazisində, H.Əliyev prospektində yolu keçən paytaxt sakini Raqub Yusifov Bakı şəhər sakini M.Novruzov idarə etdiyi “Ford” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.