"Azercell" olimpiada qalibləri ilə görüşdü
Ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənir.
YeniAvropa xəbər verir ki, bu istiqamətdə ənənəsini uğurla davam etdirərək, şirkət fevral ayının 12-də ölkəmizi dəfələrlə informatika fənni üzrə beynəlxalq olimpiadalarda layiqincə təmsil edən Abutalıb Namazov, Murad Eynizadə, Əziz Hüseynov və İbrahim Tağızadə ilə görüş təşkil edib.
"Azercell Telekom"un prezidenti Vahid Mürsəliyev, şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitunun mütəxəssisi Qorxmaz Mustafayev, beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimləri Kənan Əsgərli və Rəşad Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər.
“Məktəblilərimizin son illər ərzində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək tendensiyası qürurverici bir haldır. Mən çox şadam ki, şagirdlərimizin bu nailiyyətində "Azercell"in də əməyi var. Biz, Azercell şirkəti olaraq, ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsilin, insan kapitalının sürətli inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə daima dəstək oluruq və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə Vahid Mürsəliyev görüşdə giriş nitqi ilə çıxış edərək qeyd edib.
Fuad Qarayev, öz növbəsində, "Azercell" şirkətinə təşəkkürünü bildirərək, Təhsil İnstitutu ilə “Azercell Telekom” MMC-nin artıq bir neçə il ərzində informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onlarla məqsədyönlü işlərin aparılması istiqamətində əməkdaşlıq etdiyini və bu səylərin nəticəsi olaraq komandamızın nailiyyətlərinin növbəti beynəlxalq olimpiadalarda da davam edecəyinə ümid etdiyini bildirib. Azercell tərəfindən istedadlı şagirdlərimizə dəyərli hədiyyələr də təqdim edilib.
Xatırladaq ki, bu il məktəblilərimiz daha bir ilkə imza atmağa müvəffəq olublar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov, 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində baş tutan 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qızıl medal alaraq, informatika fənni üzrə ilk ali mükafatı Azərbaycana gətirib. Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Qeyd edək ki, 2017-ci ildən etibarən "Azercell" şirkəti Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara öz elmi potensiallarını inkişaf etdirməklərinə töhfə verir.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib