logo

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verilib

14:37 12-02-2020 | icon 2002
Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verilib

Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirə səfəri çərçivəsində  “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə məlumat veriblər.

Sonra prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.