logo

“Buta Airways”  Bakı-Minvod aviareyslərin sayını artırır

11:55 12-02-2020 | icon 224
“Buta Airways”  Bakı-Minvod aviareyslərin sayını artırır

“Buta Airways” Bakı-Mineralnıye Vodı istiqamətində aviareyslərin sayını artırır.

Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, yay uçuş cədvəli çərçivəsində Mineralnıye Vodıya əlavə reyslər həyata keçiriləcək.

Reyslərin qrafiki:

1−12 iyul/2−13 sentyabr: çərşənbə, cümə, bazar günləri,

15 iyul−31 avqust: hər gün.