logo

Filippin ABŞ ilə təhlükəsizlik paktını ləğv edir

23:51 11-02-2020 | icon 2289
Filippin ABŞ ilə təhlükəsizlik paktını ləğv edir

Filippin ABŞ tərəfini iki ölkə arasında mövcud olan təhlükəsizlik paktının ləğvi barədə xəbərdar edib. Həmin pakt ABŞ hərbiçilərinə bu ölkəni ziyarət etmək hüququ verir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu ölkənin prezident ofisi ABŞ tərəfini təhlükəsizlik paktının dayandırılması barədə xəbərdar edib. Qeyd edilir ki, razılaşma həmin xəbərdarlıqdan 180 gün sonra qüvvədən düşmüş hesab ediləcək.

Məlumat üçün bildirək ki, Filippin prezidenti Rodriqo Duterte ötən ay ABŞ-ın filippinli senatora viza verməkdən imtina etməsindən sonra əlaqədar strukturlara paktın ləğvinin araşdırılmasını tapşırıb.

Xatırladaq ki, soyuq müharibə illərində Filippində yerləşdirilmiş ABŞ qoşunları sonradan tamamilə bu ölkədən çıxarılıb. Bundan sonra ABŞ qoşunları yalnız birgə təlimlərdə iştirak etmək üçün Filippinə gəliblər.

Bildirilir ki, paktın qüvvədən düşməsi Çinin Cənub Çin dənizində fəallaşması ilə əlaqədar iki ölkənin təşkil etdiyi birgə hərbi təlimlərin təşkilinə də öz təsirini göstərəcək.