logo

İlham Əliyev xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib

20:17 11-02-2020 | icon 2100
İlham Əliyev xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Məmmədovla görüşüblər və burada təşkil olunan bir neçə sərgi ilə tanış olublar.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev görüşdə xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyiniz münasibətilə təbrik edib. Ona  Azərbaycanın yüksək ordeni olan “Şərəf” ordenini təqdim edib.