logo

Paytaxtda itkin düşən 3 nəfər tapılıb

12:15 11-02-2020 | icon 2072
Paytaxtda itkin düşən 3 nəfər tapılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da 16 cinayətin üstü açılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd edilib ki,  Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 1, oğurluq üzrə 8 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarılan üç nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.