logo

ABŞ Azərbaycanda seçkilər günü səslərin sayılmasında şəffaflığın məhdudlaşdırılmasından məyusdur

22:17 10-02-2020 | icon 2177
ABŞ Azərbaycanda seçkilər günü səslərin sayılmasında şəffaflığın məhdudlaşdırılmasından məyusdur

Azərbaycandakı Amerika Səfirliyi 9 fevral parlament seçkiləri ilə bağlı bəyanatla çıxış edib. 

 YeniAvropa xəbər verir ki, ABŞ-ın Bakıdakıı səfirliyinin yaydığı bəyanatda Amerika Birləşmiş Ştatları ATƏT DTİHB-nin monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşdüyünü bildirilir: "Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu. Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi".

Bəyanatda deyilir ki, Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına söz verib. "DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır".

Bəyanatın sonunda ABŞ səfirliyi vurğulayır ki, güclü, sabit, demokratik və firavan gələcəyi təmin etmək üçün göstərdikləri səylərdə Azərbaycan hökuməti və insanlarıyla işləməyə sadiq qalır.