logo

Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib

16:37 10-02-2020 | icon 2198
Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib

Gürcüstanın baş naziri Giorgi Qaxaria fevralın 10-da prezident İlham Əliyevə telefonla zəng edib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Giorgi Qaxaria prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti və Gürcüstanın baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.