logo

Gəncədən Moskvaya uçan təyyarə Volqoqradda məcburi eniş etdi

13:19 10-02-2020 | icon 2247
Gəncədən Moskvaya uçan təyyarə Volqoqradda məcburi eniş etdi

 Gəncə-Moskva marşrutu üzrə aviareysi yerinə yetirən  “Buta Airways”in kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarına gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə  aviaşirkətdən bildirilib.Qeyd edilib ki, məcburi enişə səbəb sərnişinlərdən birinin halının pisləşməsi  olub. Odur ki, “J2 9817” nömrəli aviareys üzrə hərəkət edən hava gəmisi Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda  istiqamət götürüb və uğurlu eniş edib.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.