Seçki günü deputatlığa namizəd Elza Seyidcahanı da, bacısını da döydülər
"Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Dövlət başçısını aldadan insanlardır".
YeniAvropa xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "İnstaqram"da canlı yayımda deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni döyüldüyünü iddia edib. İfaçı ağlayaraq bu sözləri deyib: "Bu yerə zülmlə gəlmişəm. Bizə təhqiredici təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Dəyməz belə qırğına. Xalqı dövlət başçısından küsdürmək olmaz. İnsanlara yazığınız gəlsin. Kiminsə öz cibi, balasının yaxşı yaşaması üçün milləti incidirlər. Mənə millət vəkili olmaq lazım deyil, onsuz sənətkar kimi Allah tərəfindən seçilmişəm.
Bilmirsiniz nələr baş verir. Kaş bu yolu gəlməzdim. Biz sənətkar kimi xalqa lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Yeni Azərbaycan Partiyasının adına ləkədir. Partiyanın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar. Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Bacım Mehriban qadının alt paltarından tapıb bunları. Bir kişi bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm, pulumu da vermişəm.
Günlərdir evimizdən, balalarımızdan, sənətimizdən uzaq düşüb, çalışırıq. Xalqın qayğısına qalmaq üçün çalışdıq. Bacımı da, məni də döydülər, qaçdıq oradan. Seçki Komitəsinin sədri Məzahir Pənahova səslənirəm, bunu araşdırın".
(a
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək