logo

Xınalıq kəndinə yarım metr qar yağıb

11:20 10-02-2020 | icon 2002
Xınalıq kəndinə yarım metr qar yağıb

Qubanın Qrız kəndində mənfi 22, Xınalıqda isə mənfi 20 dərəcə temperatur qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 50 santimetrə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42, Xaltanda 20, Xızının Altıağac qəsəbəsində 28, Qubanın mərkəzində 15, Şabranda 3 , Qusarın Yasab kəndində isə 16 santimetr olub.