logo

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir

08:01 09-02-2020 | icon 2352
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

YeniAvropa xəbər verir ki, 125 dairə üzrə 5573 seçki məntəqəsində seçicilər öz namizədinə səs verəcəklər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edərək seçkilərdə iştirak edəcək. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb 19:00-da yekunlaşacaq.

Qeyd edək ki, 1314 deputatlığa namizəd 125 Seçki Dairəsindən parlamentə mandat uğrunda mübarizə aparacaq.Namizədlərin böyük əksəriyyəti bitərəflərdir. Bundan əlavə, hakim Yeni Azərbaycan Partiyası (YAP)-122, Müsavat -23, Ümid -19, BAXCP -13, VAP  12 nəfərlə seçkilərə qatılıb.

Seşkilərdə iştirak edən namizədlərin 21%-i qadın, 79 %-i isə kişilərdir.

MSK-nın məlumatına görə, parlament seçkilərini  77 790 yerli ,  883 beynəlxalq müşahidəçi izləyəcək.