logo

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

22:37 08-02-2020 | icon 2275
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Fevralın 8-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.