logo

Bakıda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri bahalaşıb

14:28 08-02-2020 | icon 2331
Bakıda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri bahalaşıb

2019-cu ilin dekabrında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri noyabr ayına nisbətən 0,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,8 faiz bahalaşıb.

YeniAvropa Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri noyabr ayına nisbətən 0,7 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3 faiz bahalaşıb.

Dekabrda qeyri-ərzaq məhsullarının qiymətlərində noyabr ayına nisbətən 0,2 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,6 faiz bahalaşma qeydə alınıb. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 0,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3,4 faiz bahalaşma olub.