logo

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar “sükut günü”dür

10:15 08-02-2020 | icon 714
Azərbaycanda parlament seçkiləri ilə əlaqədar “sükut günü”dür

Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası bu gün saat 08:00-da başa çatıb.

YeniAvropa xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Xatırladaq ki, sabah, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.