logo

GUAM ölkələrin ombudsmanlarının görüşü keçiriləcək

20:42 07-02-2020 | icon 238
GUAM ölkələrin ombudsmanlarının görüşü keçiriləcək

2020-ci ildə GUAM-a üzv ölkələrin ombudsmanlarının görüşünün keçirilməsi planlaşdırılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikir Ukrayna Ali Radasının İnsan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevlə görüşdə səslənib.

L.Denisova bildirib ki, o, bu il GUAM üzvü olan ölkələrin ombudsmanlarının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ortaq mövqeyi inkişaf etdirmək üçün görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edəcək. Qeyd edib ki, quruma üzv ölkələrin və QDİƏT ombudsmanlarının regional birliklərinin yaradılması da mümkündür.

Ali Radanın nümayəndəsi, həmçinin Azərbaycan və Ukrayna ombudsmanları arasında əməkdaşlığa dair yeni memorandumun imzalanmasının əhəmiyyətini bildirib.

Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən səfir Azər Xudiyev qeyd edib ki, Azərbaycan GUAM-a sədrliyi dövründə bütün platformalara açıqdır və səslənən təklifləri dəyərləndirməkdə maraqlıdır.