logo

Parisdəki “Böyük dəbilqə” turnirində 17 cüdoçumuz təmsil olunacaq

19:33 07-02-2020 | icon 3619
Parisdəki “Böyük dəbilqə” turnirində 17 cüdoçumuz təmsil olunacaq

Fevralın 8-9-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Yarışda Azərbaycanı 17 cüdoçu təmsil edəcək.

YeniAvropa xəbər verir ki, kişilərin yarışında idmançılarımızdan Kəramət Hüseynov, Əhməd Yusifov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşangi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) güclərini sınayacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) mübarizə aparacaqlar.

Bu ilin ən nüfuzlu yarışlarından olan “Böyük dəbilqə” turnirində 121 ölkədən 800-ə yaxın idmançı iştirakını təsdiqləyib.

Turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına reytinq xalları qazandırır.

Xatırladaq ki, ötən il Parisdə keçirilmiş analoji yarışda təmsilçilərimiz İrina Kindzerska (78 kq-dan yuxarı) gümüş, Uşangi Kokauri (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.