logo

Gürcüstan-Rusiya avtomagistralı tam bağlanıb

11:57 07-02-2020 | icon 2261
Gürcüstan-Rusiya avtomagistralı tam bağlanıb

Güclü külək, çovğun və qatı duman səbəbindən Gürcüstandan Rusiyaya gedən və beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu fevralın 7-də bütün növ avtomobillər üçün bağlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars (Hərbi Gürcüstan yolu) magistralının Qudauri-Kobi hissəsində güclü külək, çovğun, qatı duman və bəzi hissələrdə yolun buz bağlaması ciddi problemlər yaradıb.

Vətəndaşların və sürücülərin təhlükəsizliyi baxımından avtomagistralın Qudauri-Kobi hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Hazırda yolda xeyli avtomobil dayanıb.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars yolu Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yoludur.