logo

Ötən il ölkədəki bankların cəmi aktivləri 32,7 milyard manat olub

15:44 07-02-2020 | icon 2464
Ötən il ölkədəki bankların cəmi aktivləri 32,7 milyard manat olub

Yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 32 milyard 722,8 milyon manat, cəmi öhdəlikləri isə 28 milyard 139,8 milyon manat təşkil edib.

YeniAvropa Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, hesabat dövründə sektorun balans kapitalı 4 milyard 583 milyon manat, kredit portfeli 14 milyard 900,9 milyon manata çatıb. Keçən il bank sektorunun xalis mənfəəti isə 536,9 milyon manat olub.