logo

Qlobal neft tələbatı daha tez müddətdə pik həddə yüksələ bilər

13:37 07-02-2020 | icon 2632
Qlobal neft tələbatı daha tez müddətdə pik həddə yüksələ bilər

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal neft tələbatının daha tez müddətdə pik həddə yüksələcəyini nəzərdə tutur.

YeniAvropa xəbər verir ki, bu barədə IMF-nin Körfəz Əməkdaşlıq Şurasına üzv 6 ölkənin maddi sərvətləri ilə bağlı hazırladığı hesabatda deyilir.

Bildirilir ki, ətraf mühitin qorunması və enerji səmərəliliyi üzrə tənzimləyici tədbirlər daha çox gündəmə gələcəyi təqdirdə qlobal neft tələbatı 2040-cı il ərəfəsində və ya daha erkən vaxtda pik həddə yüksələcək.