logo

Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

11:32 07-02-2020 | icon 2254
Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən YeniAvropa-ya bildiriblər ki, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.

Qeyd edilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün əməkdaşları həmin gün iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.