logo

NATO Azərbaycanın Əfqanıstandakı missiyasını yüksək qiymətləndirir

18:49 06-02-2020 | icon 245
NATO Azərbaycanın Əfqanıstandakı missiyasını yüksək qiymətləndirir

Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfənin davam etdirilməsi, əsgərlərinizin orada müşahidə etdiyimiz xidməti tərəfimizdən yüksək qiymətləndirilir.

 YeniAvropa xəbər verir ki, bu fikri NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters fevralın 6-da prezident İlham Əliyev ilə görüşdə deyib.

Təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqeyinə görə dövlət başçısını və ölkəmizi təqdir etdiyini vurğulayan T.Volters bildirib: “Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanıstan sərhədlərinin xaricindən terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir”.