logo

Baş prokurorluq Fərəc Quliyevlə bağlı qərarı MSK-ya göndərib

17:55 06-02-2020 | icon 2233
Baş prokurorluq Fərəc Quliyevlə bağlı qərarı MSK-ya göndərib

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.

YeniAvropa xəbər verir ki, bu barədə  E.Sultanov özünün "Facebook"  səhifəsində məlumat yayıb.
"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına göndərilib",-deyə məlumatda qeyd edilib.