logo

Bakıda Türk Şurası xarici işlər nazirlərinin iclası keçirilir

11:49 06-02-2020 | icon 2086
Bakıda Türk Şurası xarici işlər nazirlərinin iclası keçirilir

Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclası açan xarici işlər naziri Elmar Məmmədyarov gündəliyin zəngin olduğunu bildirib.

Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.

İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.