logo

Aşqabadda Xəzərin bioresurslarından birgə istifadə müzakirə olunub

21:43 05-02-2020 | icon 2751
Aşqabadda Xəzərin bioresurslarından birgə istifadə müzakirə olunub

Türkmənistanda Xəzər dənizində bioloji resursların qanunsuz hasilatına (brakonyerliyə) qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi üzrə Xəzəryanı dövlətlərin ekspertlərinin növbəti görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, Aşqabadda keçirilən görüşdə müvafiq nazirliklərin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin əməkdaşı Məmməd Çıraqlı, Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin qərargah rəisinin müavini Rasim Əliyev və digərləri təmsil olunub.

Xəzər dənizində bioloji ehtiyatların qanunsuz hasilatına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığının gündəliyində mühüm yer tutur.

Görüş zamanı tərəflər protokolun Xəzər dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun hazırlandığını qeyd ediblər.