logo

Elmar Məmmədyarov TDƏŞ-in baş katibi ilə görüşüb

22:11 05-02-2020 | icon 2184
Elmar Məmmədyarov TDƏŞ-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən YeniAvropa-ya  bildiriblər ki, görüşdə fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.